“The Black Eyed Peas” qrupu “Red Bull” komandasının düşərgəsinə baş çəkib

Bakı Şəhər Halqası əməliyyat şirkətinin dəvəti ilə Bakıya gələn və bu gün axşam Dənizkənarı Milli Parkda konsert verəcək məşhur “The Black Eyed Peas” qrupu “Red Bull” komandasının düşərgəsinə gəlib.

Allsport.az saytı xəbər verir ki, dünya şöhrətli musiqiçilər Ulyam Adams və Allen Pineda monakolu sürücü Maks Ferstappenlə söhbət ediblər.

Sonra onlar birgə xatirə şəkli çəkdiriblər. Daha sonra “The Black Eyed Peas” formula1-in əməkdaşına müsahibə verib.

Paddokdan ayrılan ulduzlar digər düşərgəyə gedərək, sürücülərlə nahar ediblər. Bu zaman onlara “Mersedes”in pilotu Lüis Həmilton qoşulub.

Həmin kateqoriyadan