BMX üzrə dünya çempionatının təşkilat komitəsinin ilk iclası keçirilib

Gələn ilin iyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının təşkilat komitəsinin ilk iclası keçirilib. Allsport.az saytının məlumatına görə, toplantını giriş sözü ilə açan komitəs sədri Yaqub Eyyubov ölkə başçısının Sərəncamı barədə bilgi verib. Deyib ki, yarışın paytaxtda keçirilməsinə dair qərarı Azərbaycanının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən, idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.
O, gələn il keçiriləcək dünya çempionatının Azərbaycanın idman həyatında növbəti mühüm bir hadisə olacağını qeyd edib və Azərbaycana gələcək qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılması üçün hazırlanmış  tədbirlər planının yüksək səviyyədə və tam həcmdə həyata keçirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin olimpiya idman növü olan BMX üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək üçün geniş tərkibli Təşkilat Komitəsi yaratması ölkə başçısının bütövlükdə idmanın, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.
 
Sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək, dünya çempionatına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib  və bu işləri əks etdirən  videoçarxı iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, bu günə qədər artıq 30 ölkə dünya çempionatında iştirakla bağlı müraciət edib və onların sayı getdikcə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX Trekində aparılmış yenidənqurma işlərindən sonra bu ilin oktyabr ayında təşkil olunan dünya sınaq yarışıUCİ-nin rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.
 

Həmin kateqoriyadan