Boks millimizdə ukraynalı baş məşqçini yerli əvəzləyib

Kişi boks millimizdə baş məşqçi dəyişikliyi olub. Allsport.az saytı xəbər verir ki, ukraynalı baş məşqçi Leonid Loivski istefaya göndərilib. Onu Vaqif Şirinov əvəzləyib.

Mütəxəssis, ən azı, Tokio-2020-yədək yığmanın sükanı arxasında olacaq. Komandada böyük məşqçi funksiyasını isə yenə Nəriman Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət milliyə rəhbərlik edib.

Həmin kateqoriyadan