Boks millimizin yeni baş məşqçisi

Kişi boks millisinin yeni baş məşqçisi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, yığmanın böyük məşqçisi Nəriman Abdullayev sələfi Vaqif Şirinovu əvəzləyib.

Onun qarşısına sentyabrın 7-21-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. Məşqçilər heyətində əvvəlki kimi Oqtay İbrahimov və Etibar Abdullayev yer alıblar.

Dünya çempionatından sonra yığmaya yeni baş məşqçi təyin olunacaq.

Həmin kateqoriyadan