Məşqçilər korpusu İtaliyaya titullu boksçulardan ibarət heyət yollayıb

Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız İtaliyaya təlim-məşq toplanışına yollanıb. Allsport.az xəbər verir ki, yığmamız 8 gün İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq keçəcək.

Millimizin məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında toplanışda 2-qat dünya, Avropa çempionu, olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq), dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionu Salman Əlizadə (49 kq) kimi tanınmış boksçularımız iştirak edir.

Bu yaxınlarda Bolqarıstanda keçirilmiş “Strandja” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor da (64 kq) toplanışa cəlb olunub.

Komandamız buna qədər Bakıda Fransa boksçuları ilə birgə hazırlıq keçib. Apreldə isə yığmamız Avropa Oyunlarına test xarakteri daşıyan “İpək Yolu” turnirində mübarizə aparacaq.

Milli komandamızın heyəti

49 kq: Salman Əlizadə
52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə
56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev
60 kq: Elvin İsayev
64 kq: Lorenzo Sotomayor
69 kq: Tamerlan Abdullayev
75 kq: Xaybulla Musalov, Kamran Şahsuvarlı
81 kq: Rauf Rəhimov
+91 kq: Məhəmmədrəsul Məcidov

Həmin kateqoriyadan