Boksçularımız erməni rəqiblərindən üstün oldular

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində yarımfinalçılar məlum olub. Allsport.az saytı xəbər verir ki, milli komandamızın iki üzvü Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (+91 kq) 1/4 finalda qələbə qazanıblar.

Bununla hər 2 idmançı bürünc medallı özlərinə təmin ediblər. Yusifzadə Gürcüstanı təmsil edən erməni əsilli Qaqik Pozoyan üzərində inamlı qələbə qazanıb – 3:0. Boksçumuz yarımfinalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.

Məhəmmədəli Tahirov isə ¼ finalda Ermənistan boksçusu Qnel Muradyanla qarşılaşmalı idi. Ancaq Ermənistan boksçusu rinqə çıxmaqdan imtina etdiyindən, həmyerlimiz yarımfinala yüksəlib.  Milli komandamızın üzvü yarımfinalda almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan