Boksçularımızdan ən yüksək medal sayı göstəricisi

Qətər paytaxtı Dohada keçirilən dünya çempionatı Azərbaycan boksçuları üçün əlamətdar olub. Allsport.az saytının statistika şöbəsinin məlumatına görə, ümumilikdə 1 qızıl, 1  gümüş və 2 bürünc medal qazanan komandamız, mükafat sayı baxımından tarixində ən yüksək nəticə göstərib. Buna qədər rinq ustalarımız Qazaxıstanın Almatı şəhərində təşkil olunan eyni yarışda fərqlənmişdilər.

Sadəcə, inişilki uğur əyar baxımından daha sanballı olub: 2 qızıl və 1 bürünc medal – Cavid Çələbiyev (56 kq) ilə Məhəm­mədrəsul Məcidov (+91 kq) 1-ci, Teymur Məmmədov (91 kq) 3-cü yerləri tutublar; Dohada Elvin Məmişzadə (52 kq) baş mükafata sahib çıxıb, finalda bəxtsizliklə üzləşən Albert Səlimov (60 kq) gümüş, Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan