Boksçumuz 1/4 finala vəsiqə qazandı

Bolqarıstanın Samokov şəhərində boks üzrə Avropa çempionatı davam edir. Rekord.az xəbər verir ki, oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına lisenziya xarakteri daşıyan yarışda ölkəmizi yalnız Rüfət Hüseynov (49 kq) təmsil edir.

Digər boksçularımız Avropa Oyunlarından dünya çempionatına vəsiqə qazandıqlarından Samokova yollanmayıblar. Həmyerlimiz qitə çempionatında ilk görüşdə Gürcüstan boksçusu Mixail Kazaniani üzərində qələbə qazanıb – 3:0.

Boksçumuz 1/4 finalda Moldova təmsilçisi Yulian İvanovla üz-üzə gələcək. Həmin görüş sabah günorta proqramında olacaq.

Həmin kateqoriyadan