Bölgələrararası Federasiya kubokununun ilk mərhələsini “Bakı-2” komandası qazanıb

İsmayıllıda bölgələrararası Federasiya kubokuna start verilib. Allsport.az saytı xəbər verir ki, komanda yarışı 15 yaşadək cüdoçular arasında keçirilib. Rəqabətdə 5 regiondan olan ümidverici yeniyetmələr mübarizə aparıblar.

Yaxşı nəticə göstərən “Bakı-2” komandası Federasiya kubokunun ilk mərhələsinin qalibi olub. “Sumqayıt-3” 2-ci, “Şimal-1” 3-cü yeri tutub. Yarışın növbəti mərhələsi aprelin 21-də Masallıda keçiriləcək.

Həmin kateqoriyadan