Bolqarıstan – Azərbaycan matçına ən baha bilet 11,98 manatdır

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Azərbaycan futbol komandaları arasında keçiriləcək matça biletlər oktyabrın 7-dən etibarən satışa çıxarılacaq.

Allsport.az saytı xəbər verir ki, Sofiyada “Vasil Levski” stadionunda baş tutacaq qarşılaşmanın biletləri 7-20 levə (4,2-11,98 manat) satılacaq.

Qeyd edək ki, Bolqarıstan – Azərbaycan matçı oktyabrın 13-də keçiriləcək və saat 23:45-də start götürəcək.

Həmin kateqoriyadan