Bolqarıstan sınağında Səbuhi qalib gələ bilib

Badminton millimiz Sofiyada “Future” seriyalı “Bulgarian International Championship 2019” turnirində çıxış edib. Allsport.az saytı xəbər verir ki,  Səbuhi Hüseynov yuyanıstanlı Axill Tsartsidisə 2:1 (18-21,21-16,21-11) qalib gəlib. Növbəti mərhələdə İtaliya idmançısı Covanni Totiyə 0:2 (14-21,18-21) uduzub.

Cahid Əlhəsənov şəxsidə ingiltərəli Loyd Skinnerə 0:2 (15-21,19-21) yenilib. Kişi badmintonçuların qoşa yarışında mübarizəyə 1/8 final mərhələsindən qatılan yığmamız finlandiyalı Paul Yesper-Anton Monberq cütünə 0:2 (10-21,15-21) məğlub olublar.

Həmin kateqoriyadan