“Boluspor” Vaqif Cavadovsuz uduzdu

Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası – “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Osmanlıspor”la qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavadov sonadək ehtiyat oyunçular skamyasında oturub.

Qeyd edək ki, “Boluspor” hazırda 32 xalla 11-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan