Boyanka beynəlxalq turnirin qalibi oldu

Belarusun Qrodno şəhərində ikiqat olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə ağırlıqqaıdırma üzrə beynəlxalq “Alexander Cup” keçirilir.

Allsport.az xəbər verir ki, Tokio yay olimpiya oyunlarına lisenziya xarakterli yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizə aparır.

Azərbaycanı qadınlarda Boyanka Kostova, kişilərdə isə Nailxan Nəbiyev təmsil edir.

İlk yarış günündə Boyanka Kostova (59 kq) qüvvəsini sınayıb. O, birdən və təkanla ağır qaldırmada toplam 215 kiloqram (95+120) nəticə göstərərək turnirin qalibi olub.

Həmin kateqoriyadan