DÇ-2014
Boyanka Kostova 6-cı yeri şəxsi çəkidə uduzdu

Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında körpücük üzərinə Boyanka Kostova çıxıb. Allsport.az saytı xəbər verir ki, o, “B” qrupunda çıxış edib. 22 yaşlı idmançımız birdən qaldırmada hər üç yanaşmanı düzgün yerinə yetirərək 91 kq, təkanla qaldırmada isə 109 kq nəticə göstərib. Toplamda 200 kq-la Avropa çempionumuz qrupunda vahid liderliyi ələ alıb.

Çox uğurlu nəticə qazanan Kostovanın “A” qrupundakı çıxışlar bitəndən sonra 8-ci yeri tutduğu məlum olub. Ancaq 6 və 7-ci yeri tutan idmançılar da onunla eyni çəkini qaldırıblar. Amma təəssüf ki, şəxsi kəsininin cəmi 26o qram artıq olması, Boyankanı iki pillə geri salıb. Hər halda, bu da uğurdur və komandamızın lisenziya xalı qazanmasında böyük rol oynayacaq.

Həmin kateqoriyadan