Boyanka Kostova: «Qalib olacağıma çox inanırdım»

Kiprin Limassol şəhərində keçirilən gənc ağırlıqqaldıranlar arasında Avropa çempionatında, millimizin aparıcı üzvü Boyanka Kostova 53 kq-da bütün rəqiblərini geridə qoyaraq, fəxri kürsünün ən yüksək zirvəsinə çıxıb. 2 il aradan sonra 40 gündür ki, yığmanın düşərgəsinə qoşulan xanım idmançı bir az əvvəl Almatıda təşkil olunmuş dünya çempionatında 8-ci yerə çıxsa da, 23 yaşlı atletlərin yarışında öz çəkisində hamıdan güclü olub.

Uğurdan sonra titullu legionerimiz sevincini allsport.az-la bölüşüb. Boyanka bildirib ki, qələbəyə inamı böyük olub: «Yeni məşqçilər heyəti ilə çalışmalarımı davam etdirirəm. Hər şey qaydasındadır. Onlardan razıyam. Yarışdan yarışa açılışıram. Qazaxıstanda zəif çıxış etməmişdim. Düzü, gənclərin Avropa çempionatında qalib olacağıma çox inanırdım».

Həmin kateqoriyadan