«Böyük beşlik»də ən məhsuldarlar kimlərdir

Dünən argentinalı Lionel Messi İspaniya La Liqası tarixinin ən məhsuldar oyunçusu oldu. «Allsport.az» xəbər verir ki, bu nəticə ilə o, «Böyük beşlik» ölkələrinin milli çempionatlarında ən məhsuldar oyunçular sırasında 13-cü yerə çıxıb.

Siyahıya alman əfsanəsi Gerd Müller başçılıq edir. O, 365 qolla Bundesliqanın rekordçuüsudur. Sonrakı 3 yerdə ingilislər yer alırlar: Cimmi Qrivz 357, Stiv Blumer 317, Diksi Din 310 qolla yer alırlar. Fransa liqasının ən məhsuldar futbolçusu Delio Onnis 299 qolla 5-ci yerdədir.

Daha 2 ingilis Qordon Hocson (287 qol) və Alan Şirerdən (283) sonra İtaliyanın ən məhsuldar oyunçusu gəlir – Silvio Piola 274 qol vurub.

250-dən artıq top vuranlar sırasında Klaus Fişer (268, Almaniya Bundesliqası), Çarli Buçan (257, İngiltərə), Nət Lofthaus (255, İngiltərə) və Bernar Lyakomb (255, Fransa) yer alırlar. Lionel Messi isə 253 qolla İspaniyada ən məhsuldar olan Telmo Zarranı (251 qol) qabaqlayır. İndi o, qarşısında olan digər «bombardmançılar»ı keçməyə çalışacaq.

Həmin kateqoriyadan