- Baxış sayı: 34
- 18 Aprel 2024 22:14
- Baxış sayı: 43
- Aprel 18, 2024
- 0
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Abu-Dabidə keçirilmiş “Böyük Dəbilqə” turnirində medal qazanan Azərbaycan millisinin üzvləri siyahıda irəliyənlər arasında olublar.
Bu yarışın qalibi Orxan Səfərov (60 kq)daha 2 pillə yüksələrək,1820 xalla 5-cidir. Bu çəkidə fərqlənən digər idmançımız İlqar Müşkiyevin 11-ci yerdədir (1034).
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında gümüş medal qazanan Tərlan Kərimov (66 kq) birdən-birə 52 rəqibini arxada qoyaraq, 441 xalla 35-ci mövqeyə qalxıb. Bu çəkidən çıxış edən təcrübəli Nicat Şıxəlizadə 1120 xalla 11-cidir.
Bürünc mükafata yiyələnən Rüstəm Orucov (73 kq) 11-ci sıradadır (1161).