Böyükağa Hacıyevdən 2 oyun və mühazirə

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev təlim-məşq toplanışını ölkəmizdə keçən komandaların yoxlama oyunlarını – “Sumqayıt” – AZAL və “İnter” (əvəzedicilər) – “Bakı” qarşılaşmasını izləyib. Allsport.az xəbər verir ki, klubların məşqçilər korpusu ilə də görüşən Hacıyev Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının çempionatına və birinci divizionun oyunlarına təyinat alan referi və referi köməkçiləri üçün Bakı şəhərindəki “Əlincə” İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında “Hakim və məşqçi münasibəti” mövzusunda mühazirə oxuyub.

Həmin kateqoriyadan