“Boz ev” flaqmanı 1000 manat cərimələyib

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, bu gün keçirilən toplantıda premyer liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

19-cu turun “Neftçi” – “Sabah” matçında ev sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 84-cü dəqiqəsində “ağ-qaralar”dan Məhəmməd Mirzəbəyov 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Həmin kateqoriyadan