“Boz ev” MOİK-in şikayətini rədd etdi, Məhəbbət Rəhimovun cəzasını qismən yüngülləşdirdi

AFFA-nın apellyasiya arbitraj tribunalı bir neçə qərar qəbul edib. Allsport.az saytı həmin qərarları diqqətinizə çatdırır:

– Məhəbbət Rəhimov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.

AFFA intizam komitəsinin 16 oktyabr 2018-ci il il tarixli U-13 liqasının 3-cü turu çərçivəsində 13 oktyabr 2018-ci il tarixində keçirilən “UGİM 1” (Sumqayıt) – “Laçın” (Pirəşükül) oyunu başa çatdıqdan sonra “Laçın” klubunun məşqçisi Məhəbbət Rəhimovun aqressiv davranışlar, hakimə qarşı fiziki təsir göstərdiyinə 12 ay müddətinə yarışlardan kənarlaşdırılması (maddə 38.7, maddə 38.8) qərarı dəyişdirilsin.

Məhəbbət Rəhimov dava-dalaşda iştirak etdiyi üçün qərar elan olunana qədər buraxdığı oyunlar nəzərə alınmaqla 10 oyunluq cəzalandırılsın.

– MOİK klubu tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilsin.
AFFA intizam komitəsinin 13 noyabr 2018-ci il il tarixli Azərbaycan 1-ci divizionunun 10-cu turu çərçivəsində keçirilən “Keşlə-2” – MOİK oyununda “hərbçilər”in baş məşqçisi Azər Bağırovun texniki zona qaydalarını pozmasına görə 1 oyun cəzalandırılması və klubun 80 manat cərimələnməsi qərarı qüvvədə saxlanılsın.

Həmin kateqoriyadan