“Boz ev” Riçard Almeyda məsələsinin izahını verib

Millimizin baş məşqçisi Robert Prosineçki martın 9-da Qətərlə keçiriləcək yoxlama oyunu üçün heyəti açıqlayıb. Allsport.az saytı xəbər verir ki, siyahıda ən çox diqqətcəlb edən ad “Qarabağ”ın braziliyalı oyunçusu Riçard Almeydadır. 2012-ci ilin yayından bəri ölkəmizdə top qovan yarımmüdafiəçinin vaxtından əvvəl yığmaya dəvət olunması hamıda maraq doğurub.

Amma futbolinfo.az-ın AFFA-dan aldığı məlumata görə, onun Qətərlə matçda meydana çıxmasında heç bir problem yoxdur. Buna səbəb qarşılaşmanın FİFA-nın ayırdığı pəncərə çərçivəsində keçirilməməsidi. Ancaq burada ziddiyətli bir məqam var. Çünki Almeyda Qətərlə matçda meydana çıxsa belə, hələ də debüt etməmiş sayılacaq.

Həmin kateqoriyadan