Branimir Subaşiç oynamadı, komandası kubokda mübarizəni dayandırdı

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Qalatasaray”la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1. İlk oyunda 45 dəqiqə mübarizə aparan Subaşiçin adı cavab görüşünün iştirak ərizəsinə belə daxil edilməyib.

Beləcə, ilk oyunda 4:0 hesabıyla qalib gəlmiş Super Liqa təmsilçisi daha üstün (5:1) olduğuna görə, yarımfinala vəsiqə qazanıb.

Həmin kateqoriyadan