Branimir Subaşiçin klubuna 9 cavabsız qol!

Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə Super Liqa təmsilçisi “Trabzonspor”un qonağı olub. Trabzonlular bu oyunda 9:0 hesablı qələbəyə seviniblər. Subaşiçin adı bu matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Manisaspor” hazırda öz qrupunda 3 xalla ikinci yerdə gedir.

Həmin kateqoriyadan