Braziliya polisi Patrik Hikkini ev dustaqlığına buraxıb

Rio-2016 zamanı qanunsuz bilet satışında günahkar bilinən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Braziliya həbsxanasından buraxılıb. Allsport.az saytı xəbər verir ki, 71 yaşlı idman adamı istintaq müddətini ev dustağı kimi keçirəcək. Buna səbəb, onun səhhətindəki problemlər olub.

İrlandiya Olimpiya Komitəsinin prezidenti vəzifəsində də çalışan Hikki, cəmiyyət üçün təhlükəli olmadığından və istintaqın gedişinə təsir edə bilməyəcəyindən məhkəmə zalından ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, AOK prezidenti Rio oyunlarının gedişində saxlanılmışdı.

Həmin kateqoriyadan