Britaniya mətbuatı Bakıda keçiriləcək “Formula-1” yarışından yazdı

Britaniyanın nüfuzlu qəzetləri “Mirror” və “Daily Mail” 2016-cı ildə Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışından yazıb. Məqalələrdə qeyd olunub ki, bu yarışlar paytaxt Bakıda ilk dəfə olaraq iyul ayının 17-də keçiriləcək və “Formula-1” sevərlər üçün böyük maraq doğurur.

Allsport.az xəbər verir ki, gələn il yarışlara Azərbaycan ilə yanaşı, daha 20 ölkə ev sahibliyi edəcək. Yarışların Azərbaycandan əvvəlki mərhələsi Avstriyada, sonrakı mərhələsi isə Almaniyada reallaşacaq.

Ümumilikdə, 21 ölkədə keçiriləcək yarışlara, ABŞ, Kanada, Rusiya, Britaniya, Yaponiya və s. ölkələr ev sahibliyi edəcək.

Həmin kateqoriyadan