Bruno Bertuççi “Neftçi”dən ayrıldı

“Neftçi” komandası müdafiəçi Bruno Bertuççi ilə yollarını ayırıb. Allsport.az saytı xəbər verir ki, braziliyalı futbolçusunun müraciətindən sonra, onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv olunub. O, vəziyyəti klubun rəsmi saytına bildirib:

“İki ildən artıqdır Azərbaycandayam. Bu müddətdə özümü çox xoşbəxt hesab etmişəm. Mən “Neftçi” üçün çox fəxr və fədakarlıqla oynamışam. Komanda və azarkeşlər üçün əlimdən gələni etmişəm. Biz birlikdə çempionluq qazanmış və tarix yazmışıq. Sizin üçün çox darıxacağam, amma artıq öz ölkəmə, öz evimə qayıtmağın vaxtı çatıb.

Mən “Neftçi”nin adını bundan sonra oynayacağım bütün klublara daşıyacağam. Azərbaycandakı insanlar mənim ürəyimdə həmişə qalacaqlar. İkinci ailəm olan komanda yoldaşlarım isə daim mənim dostlarım olaraq qalacaqlar. Öz adımdan və ailəmin adından klub prezidenti Sadıq Sadıqova “Neftçi” üçün etdiyi hər şeyə görə təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan