ÖZƏL
BŞGİBİ mərkəzə köçür

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, dekabrın sonunda Bayıl qəsəbəsində uzun illər yerləşdiyi Neftçi Qurban küçəsi 102 ünvanında bir mərtəbəli binadan çıxır. Allsport.az saytının məlumatına görə, təşkilat daha yaxına, mərkəzə gəlir.

İlin axırında BŞGİBİ Səbail rayonunun İstiqlaliyyətlə Əşməd Cavad küçələrinin aralığında yerləşən Adil Babayev 5 ünvanına (Səadət Sarayının yaxınlığı) köçür. Bu qərargah da digəri kimi arxitektur binadan ibarətdir. Hazırda idman idarəsinin yeni 3 mərtəbəli mənzilində son təmir tamamlama işləri gedir.

Qeyd edək ki, bu qurumun avtiv fəaliyyəti daim KİV tərəfindən təqdir olunur. 6 il öncə Bakının 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına iddiası ilə bağlı silsilə tədbirlər çərçivəsində, BŞGİBİ-nin Dənizkənarı Milli Parkda təşkil etdiyi «Biz buna hazırıq» ilk kütləvi yürüşü, cəmiyyətdə böyük əks-səda yaratmışdı.

Həmin kateqoriyadan