BŞGİBİ-nin baş mütəxəssisi Xəzər universitetinin şahmat akademiyasının qonağı olub

Xəzər Universitetinin nəzdində şahmat akademiyası açılıb. Allsport.az saytı xəbər verir ki, Xətai prospekti 31 ünvanında yerləşən məktəbdə FİDE məşqçisi Nicat Məmmədov və FİDE ustası Elşad Rzayev məşğələlər keçirlər.

Bakı şəhər gənclər və idman baş idarəsinin aparıcı mütəxəssisi Salman Abdulov yeni fəaliyyətə başlayan şahmat ocağının qonağı olub.

Dövlət rəsmisinin bildirdiyinə görə, təşkilat tərəfindən hazırlanan konkret tədris proqramlarının tərtibi, bunun əsasında ibtidaidən aliyə prinsipi ilə şahmatçılar üçün təlim prosesinin yüksək səviyyədə təşkil olunub.

Həmin kateqoriyadan