BŞH-nin icraçı direktoru: Formula1 Azərbaycana böyük faydalar və fürsətlər gətirir

“PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti araşdırmasına əsasən, Bakıda keçirilən Formula1 ölkə iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Allsport.az saytı xəbər verir ki, BŞH-nin icraçı direktoru Arif Rəhimov həmin uğurlu bilgiyə belə münasibət bildirib:

“Formula1 yarışlarının paytaxt Bakının iqtisadiyyatına göstərdiyi təsirlərə dair aparılmış araşdırmanın müsbət nəticələri bizi həm çox sevindirdi, həm də biz bundan çox razı qaldıq. Bu irimiqyaslı idman yarışını paytaxtımıza gətirdiyimizdən bu günədək, biz hər dəfəsində xüsusilə qeyd etməyə çalışdıq ki, bu tədbir möhtəşəm yarış və əyləncədən daha artığını vəd edir.

Belə ki, F1 yarışları paytaxtın, həmçinin ölkənin iqtisadi, sosial və mədəni sahələrində katalizator rolunda çıxış edərək sözügedən sahələri daha irəliyə aparmaqda və bu şəhərdə yaşayan və işləyən hər bir kəsə daha böyük faydalar və fürsətlər gətirməkdədir. Bakının böyük qonaqpərvərliklə F1-ə evsahibliyi etməsinə və həmçinin Bakıya iqtisadi faydalar qazandırmasına şahid olmaq çox qürurverici haldır.

Biz dünyanın ən böyük avtoidman yarışı fonunda Formula1-in rəhbərliyi ilə növbəti illərdə də qarşılıqlı əməkdaşlıq etməyə və birlikdə böyük uğurlara imza atmağa davam edəcəyik”.

Həmin kateqoriyadan