“Bu böyük tədbirin təşkilinə öz töhfəmizi verə biləcəyimiz üçün çox sevincliyik”

“Azərsun Holdinq”in nəzdindəki Azərsun Akademiyasında “Azerçay” brendinin U-17 Avropa çempionatının sponsoru olub. Allsport.az saytı xəbər verir ki, müqavilədən sonra “Azersun Holdinq”in baş direktoru Savaş Uzan bunları açıqlayıb:

“Azərbaycanda təşkil olunan bütün beynəlxalq tədbirlər “Azersun Holdinq” olaraq bizi sevindirir. Çünki bu cür tədbirlər həm ölkənin təbliği, həm də konkret fəaliyyət sahəsinin inkişafı baxımından çox vacibdir. Azerçay brendi indiyə qədər bir sıra yerli və beynəlxalq yarışlarda təmsil olunub.

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 önəmli futbol turnirlərindən biridir və inanıram ki, bu idman yarışı yüksək səviyyədə təşkil olunacaq, ölkəmizə gələn qonaqlar məmnun qalacaqlar. “Azersun Holdinq” və Azerçay-Doğma çay brendi olaraq bu böyük tədbirin ən gözəl şəkildə təşkilinə öz töhfəmizi verə biləcəyimiz üçün çox sevincliyik”.

Həmin kateqoriyadan