- Baxış sayı: 43
- 18 Aprel 2024 23:08
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
Bu gün Rio olimpiadasında avarçəkənimiz Valentin Demyanenko start xəttinə çıxıb.
Allsport.az saytı xəbər verir ki, o, final mərhələsində 1-nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Martin Funksa (Çex Respublikası), Andrey Kraytor (Rusiya) və Tomas Simartla (Fransa) ilə mübarizə aparıb.
Başlanğıca gec tərpənsə də, sonradan sürət yığaraq liderlər qrupunda yer alan 4-qat dünya və 4-qat Avropa çempionumuz fimnişə 2-ci cataraq, gümüş medal qazanıb. İdmançımız 29.493 saniyə nəticə göstərib.