Bu dəfə sülh

Bakı futbol liqasının 3-cü turunda “Füzuli”“Azəri” komandaları qarşılaşıblar. Allsport.az saytı xəbər verir ki, oyun gözləniləndən daha maraqlı keçib. Təhlükəli hücumlar və qol epizodlarının olduqca çox olduğu matçda 2 top qapıdan keçib.

Görüşün 11-ci dəqiqəsində “Azəri”dən Nuredi Dosayev hesabı açıb. İlk hissəni məğlub başa vuran “Füzuli” 37-ci dəqiqədə Rafael Qavami ilə bərabərliyi təmin edib və matç bu hesabla başa çatıb. “Azəri” növbəti heç-heçəsini rəsmiləşdirərkən, “Füzuli” mövsümdə ilk dəfə qapısında qol görüb.

Qarabağ təmsilçisi öz qrupunda ön sırada qərarlaşıb.

Həmin kateqoriyadan