Bu gün Bakı “İnter”i məşhur adı ilə son oyuna çıxır

Bu ay “İnter”in “Keşlə”yə çevrilməsi yekunlaşacaq. Allsport.az saytı xəbər verir ki, bu yöndə son işlər görülür. Uzun müddət komandanın avtobusu üzərində komandanın yeni adı, loqosu və rəngləri həkk olunmuşdusa, artıq “beynəlmiləlçilər”in rəsmi “İnstagram” səhifəsində və stadionunda da “Keşlə” sözünə rast gəlmək mümkündür.
Klubun sosial şəbəkədə hesabı “Keshlafc”-ya dəyişdirilib. Ümumiyyətlə, stadionda da bütün “İnter” sözü “Keşlə” ilə əvəz edilib. Komanda “Səbail”lə oyunda sonuncu dəfə “İnter” adı ilə çıxacaq. Həmin matç bu gün saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan