Bu gün də medal olmadı

Milli Gimnastika Arenasında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün 66 kq-da kişilər və 52 kq-da qadınlar tatami üzərinə çıxdılar.

Nicat Şıxəlizadə ilk görüşdə misirli Məhəmməd Məsuda qalib gəlsə də, braziliyalı Daniel Karqninə uduzaraq mübarizəni erkən dayandırdı.

Qadınlarda Buyanxışıq Purevsuren britaniyalı Çelsi Gilesə yenildi və yarışla vidalaşdı.

Həmin kateqoriyadan