Bu gün dəfələrlə dünya və Avropa çempionu olan Rafael Ağayevin ad günüdür

Bu gün milli karate yığmamızın aparıcı üzvü Rafael Ağayevin doğum günüdür. Allsport.az saytı xəbər verir ki, idmançımız bu növdə son dövrün ən istedadlı kimino ustası sayılır.

Dünyaca məşhur karateçimiz titullarla zəngindir. O, 12-qat Avropa və 4-qat dünya çempionulur. Rafaelin medal boğçasında 2013-cü ildə keçirilən Ümumdünya oyunları, İslam olimpiadası və Ümümdünya Döyüş Sənəti növlərinin baş mükafatı da var.

Martın 4-də həmçinin milli komandanın xanım üzvü İrina Zaretskayanın ad günüdür. Azərbaycan Milli Karate Federasiyasnın heyəti və Baş sponsor Azərbaycan Beynəlxalq Bankı hər 2 tanınmış karateçiyə uğurlar arzulayıb. Rəhbərlik ümid edir ki, təcrübəli idmançılarımız ilk Avropa Oyunlarında da özlərini oğruldacaqlar.

Həmin kateqoriyadan