Bu gün GİN idman mütəxəssislərini təltif edib

Bu gün Gənclər və İdman Nazirliyində bir qrup idman mütəxəssisinə fəxri adların təqdim olunması ilə əlaqədar tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən gənclər və idman naziri Azad Rəhimov cari ildə qazanılan nailiyyətlərdən danışıb, Azərbaycanda bu siyasət nəticəsində idmançılarımız ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiyini qeyd edib.

Ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan nazir Azərbaycanın dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb. Sonra Azad Rəhimov nazirliyin kollegiyasının qərarına əsasən, idman sahəsində fərqlənmiş bir qrup idman mütəxəssisini təltif edib.

Həmin kateqoriyadan