Bu gün millinin mətbuat və azarkeşlər üçün açıq məşqi olacaq

“Ay-ulduzlular”ımız Avro-2016-nın seçmə mərhələsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Malta millisi ilə qarşılaşacaq.
Allsport.az xəbər verir ki, Azərbaycan seçməsinin keçiriləcəyi arenada bu gün mətbuat üçün açıq məşqi və baş məşqçinin mətbuat konfransı keçiriləcək.
Baş məşqçinin KİV-lə görüşü saat 20:30-da olacaq. Saat 21:00 mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşq baş tutacaq.

Həmin kateqoriyadan