Bu gün qadın cüdo millimizin baş məşqçisi Elçin İsmayılov 48 yaşını qeyd edir

Bu gün qadın cüdoçulardan ibarət millimizin baş məşqçisi Elçin İsmayılovun doğum günüdür. Allsport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis 48-ci ildönümünü qeyd edir.

Onun rəhbərlik etdiyi komandamız Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında İrina Kinderskanın (+78 kq) timsalında bürünc medal qazanıb.

Elçin İsmayılovun idmançı karyerasın da zəngindir. O, müxtəlif yaş qrupları üzrə 10 dəfə ittifaq çempionu olub, 1991-ci ildə 60 kq-da son SSRİ xalqları spartakiadasında 1-ci yerə çıxıb.

Həmin kateqoriyadan