Bu gün “Qarabağ” Antalyaya yola düşüb

Premyer liqasının öncülü “Qarabağ” mövsümün qalan hissəsinin hazırlığına başlamaq üçün bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu bu gün Bakıda toplaşaraq Türkiyəyə yola düşüblər. Qurban Qurbanovun komandası Antalyada fevralın 4-nə kimi qalacaq.

“Köhlən atlılar” qış təlim-məşqində 6 yoxlama oyunu keçirəcək. İlk matçda yanvarın 17-də Rusiyanın “Kuban” klubu ilə olacaq. 3 gün sonra “Qarabağ” Polşanın “Lexiya”, 25-də Makedoniyanın “Şkupi” və sonra Ukraynanın “Mariupol” komandaları ilə üz-üzə gələcək.

Ölkə çempionunun 5-ci sınağı Bosniya və Hersoqovina “Sarayevo”suna qarşı olacaq. Fevralın 3-dəki son yoxlama görüşündə ə rəqib Çernoqoriya “Mladost”udur.

Həmin kateqoriyadan