Bu gün “Qarabağ” – “Roma” görüşünün biletləri satışa çıxır!

Çempionlar liqasının qrup mərhələsində “Qarabağ” – “Roma” (İtaliya) matçının biletləri bu gündən satışa çıxarılır. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun ilk ev oyununda qarşılaşacağı “canavarlar”la oyunun biletlərini bu gün saat 17:00-dan etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olacaq.

Bunu sahiblənən zaman, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq. Bu komandalar arasında görüş sentyabrın 27-də Bakı olimpiya stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:
Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası 28 Mall Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Həmin kateqoriyadan