Bu gündən “Qarabağ” – “Göteborq” matçının biletləri satışdadır

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində avqustun 25-də İsveçin “Göteborq” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, görüşün biletləri bu gün saat 11:00-dan etibarən Respublika stadionunun kassalarında satışa çıxarılıb. Qiymət nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN
11-18 nömrəli sektorlar – 5 AZN
VİP – 30 AZN

Qeyd edək ki, “Qarabağ” – “Göteborq” matçı avqustun 25-də keçiriləcək və saat 20:30-da start götürəcək. Tərəflər arasındakı ilk oyun “atlılar”ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Həmin kateqoriyadan