Hansı şəhərlər boks üzrə əsas yarışlara ev sahibliyi edəcək?

Avropa Boks Konfederasiyasının (EUBC) İcraiyyə Komitəsi 2015-ci ildə əsas yarışlara ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb. Allsport.az EUBC-yə istinadla xəbər verir ki, mayın 15-24-də keçiriləcək yeniyetmələrin Avropa birinciliyinə Ukraynanın Lvov şəhəri sahiblik edəcək.

Məktəblilərin Avropa birinciliyi iyulun 15-24-də Rusiyanın Sıktıvkvar şəhərində, ustalar arasında Avropa çempionatı avqustun 6-15-də Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.

Yeniyetmə və gənc qızlar arasında qitə birinciliyi avqustun 15-24-də Macarıstanın Kestxey şəhərində təşkil olunacaq. Gənclər arasında Avropa birinciliyi noyabrın 20-29-da Polşanın Kolobrzeq şəhərində keçiriləcək.

Həmin kateqoriyadan