Buenos Ayres-2018-ə vəsiqə qazanan yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı

Tunisdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr üçün təlim-məşq toplantısı keçirib. Allsport.az saytı xəbər verir ki, 5 gün davam edən hazırlığa Buenos Ayres-2018 yeniyetmələrin 0limpiya 0yunlarına vəsiqə qazananlar qatılıblar.

Azərbaycanı Tunisdə yeniyetmə cüdoçu Vüqar Talıbov və milli komandanın məşqçisi Zaur Babayev təmsil edib. Məşqləri olimpiya çempionu, 3-qat dünya çempionu İlias İliadis və olimpiya çempionu Mark Huizinqa aparıblar. Argentinada cüdo yarışı 7-10 oktyabrda keçiriləcək.

Həmin kateqoriyadan