Buenos-Ayres-2018-in rəmzi barədə yeni bilgi

Yeniyetmələrin 3-сü olimpiya oyunlarının təşkilatçıları rəsmi rəmz barədə məlumat yerləşdiriblər. Allsport.az saytı xəbər verir ki, bu dəfə ruhlandırıcı mənbə yaquar “Pandi” olub. Pişikkimilər nəslindən olan bu yırtıcının vətəni Argentinanın şimal hissəsidir.

Yaquar dünyada ən vəhşi təsvir edilən heyvanlardan biridir.  “Pandi”nin Buenos-Ayres-2018-ci ilə əlaqəsini yaquarın baş rolda olduğu qısametrajlı cizgi filmi açıb. Filmdə yaquar ildırım sürəti ilə bütün şəhərdə hərəkət edərək, oyunların açılış mərasiminin keçiriləcəyi yerə – Obeliskə doğru hərəkət edir.

Yeniyetmələrin olimpiadasının bu talismanı hadisələrlə assosiasiya olunan simvoldur və olimpiya oyunlarının əsas dəyərlərinin – auditoriya arasında, xüsusən də gənc fanatlar və idmançılar arasında dostluğun, hörmətin və uğurun mənbəyidir.

Şimali Argentinada yaşayan yaquar nəsli kəsilmək təhlükəsindədir. Təşkilat komitəsi ümid edir ki, bu yırtıcının talisman qismində seçilməsi yaquar nəslinin kəsilməsinin mümkünlüyü barədə insanlarda narahatlığı artacaq.

Həmin kateqoriyadan