Buenos-Ayres oyunlarının iclasında ölkəmizi Mehman Kərimov təmsil edir

Argentina Buenos-Ayres-2018-in nümayəndə rəhbərlərinin iclasına ev sahibliyi edir. Allsport.az saytı xəbər verir ki, 200 çox ölkənin qatıldığı toplantıda fikir mübadiləsi aparılır. Ölkəmizi tədbirdə MOK-un əməkdaşı Mehman Kərimov təmsil edir.

Yığıncaq çərçivəsində təqdimatçılar nəqliyyat, daşınma, qidalanma, mərasimlər, Yeniyetmələr olimpiya kəndinin rolu və funksiyası daxil olmaqla müxtəlif mövzulara toxunacaqlar. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin iştirakı gözlənilir.

Milli Olimpiya Komitələrinin 280-dən çox nümayəndəsi Gənclər Olimpiya Mərkəzinin tikintisinə, Buenos-Ayres-2018 oyunlarının 4 parkına baş çəkəcəklər.

Həmin kateqoriyadan