“Bunun üzərində işləməliyik ki, bu qədər qol epizodlarını boşa verməyək”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyə təlim-məşqində “Diyarbəkirspor”a qarşı yoxlama oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları görüşlə bağlı bunu söyləyib:

“Bu gün keçirdiyimiz oyun planda yox idi. Rəqib xahiş edincə, gənc futbolçuları da 90 dəqiqə meydanda görmək üçün razılaşdıq. Oyundan narazı qalmadım. Lakin xeyli qol epizodlarını dəyərləndirə bilmədik. Bu, həm Sumqayıtda, həm də burda keçirdiyimiz oyunlardakı problemlərimizdən biridir. Bunun üzərində işləməliyik ki, bu qədər qol epizodlarını boşa verməyək.

Ümumən hazırlığımız normal keçir. Qarşıda hələ iki yoxlama oyunumuz qalıb. Həmin oyunlarda əlimizdən gəldiyi qədər səhvlərimizi düzəldib, çempionata hazır vəziyyətdə Sumqayıta qayıdacağıq”.

Həmin kateqoriyadan