“Bursaspor” millimizin hücumçusunu bağışladı

Millimizin hücumçusu Dəniz Yılmazla bağlı “Bursaspor” yekun qərarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, onunla yanaşı komandadan qovulan Sərcan İldırım baş məşqçi Mutlu Topçu tərəfindən bağılanıb. Artıq hər 2 futbolçu bu gün “yaşıl timsahlar”ın hazırlığına qoşulub.

 

Xatırladaq ki, azarkeşlər superliqada “Kayserispor”la görüşdə rəqibə qarşı kobud oynayaraq 19-cu dəqiqədə meydandan uzaqlaşdırılan, sonradan komandanın 0:2 hesablı məğlubiyyətinə səbəb olan Dəniz Yılmazın klubdan qovulmasını tələb etmişdilər.

Həmin kateqoriyadan