“Bursaspor”un baş məşqçisi millimizin hücumçusundan razı qalıb

Türkiyənin “Bursaspor” klubunun baş məşqçisi Pol Le Quen millimizin hücumçusu Dəniz Yılmazdan söz açıb. Allsport.az saytı xəbər verir ki, fransalı mütəxəssis ötən gün  “Sakaryaspor” üzərində 4:1 hesablı qələbə qazandıqları oyunla bağlı bunu söyləyib:

“Futbolçularımız fərqli mübarizə apardı. Hesabın böyük olması məni sevindirdi. Mövsümə bizimlə başlamayan, hələ də ab-havaya uyğunlaşmayan Kembo Ekoko, Dəniz Yılmaz və Dzon Delarge üçün yaxşı fürsət idi. Oyunlar yavaş-yavaş umumi ritm düşür”.

Həmin kateqoriyadan