Buzadırmanma və draytulinq üzrə kurslarda 8 yeni hakim imtahandan uğurla keçib

Buzadırmanma və draytulinq (dırmanma) üzrə hakimlik kursu keçirilib. Allsport.az xəbər verir ki, kurs Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının (UIAA) 2016-cı il qaydaları əsasında keçirilib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) rəsmi saytında kursla bağlı verilmiş elana müraciətlər edənlərdən 16 dinləyici seçilib və iştirakçılara təcrübəli hakimlər tərəfindən 4 gün ərzində nəzəri və təcrübi dərslər təşkil olunub.

Yekunda keçirilən imtahanda iştirak edən 12 nəfərin 6–sı 70 baldan yuxarı nəticə göstərərək sınaqdan uğurla keçib.

Həmin imtahanda 70 baldan az toplayan və iştirak edə bilməyənlər üçün dəyişilmiş test bankı ilə növbəti imtahan keçirilib. Bu imtahanda iştirak etmiş 5 nəfərin 2-si keçid balını yığıb. İki imtahanın yekunu olaraq ümumilikdə 8 nəfər kursu uğurla tamamlayıb.

Kursu uğurla bitirənlərə FAİREX-in gələcək yarışlarında hakim vəzifəsi veriləcək.

Həmin kateqoriyadan