Cəbrayıl Həsənov Pekin olimpiadasının medalçısının şərəfinə keçirilən yarışda 1-ci yer tutub

Dağıstanda Pekin olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq respublika turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda millimiz 1 qızıl və 2 bürünc medala sahib olub.

74 kq-da Rio-2016-nın bürünc medalçısı, 2-qat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə güləşçimiz yerli idmançı Hacı Nəbiyevi üstələyib.

Bürünc medalları komandamıza Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazandırıblar. Mahir Əmiraslanov (57 kq) 5-ci olub.

Həmin kateqoriyadan